Haqqımızda

Studiya Natəvan “Konstruktor” MMC şirkəti 2001-ci ildən fəaliyyət göstərir. Biz həm yerli, həm də xarici bir çox şirkətlərlə əməkdaşlıq edirik. Əsasən, çoxmərtəbəli binaların layihələndirilməsi ilə məşğul oluruq, lakin azmərtəbəli evlər və sosial obyektlərin layihələrini də həyata keçiririk. Bu müddət ərzində şirkətimiz Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin inkişafına öz töhfəsini vermişdir. Biz, seysmik zonalarda 20–30 mərtəbəli binaların layihələndirilməsini və tikintisində iştirak edən ilk şirkətlərdən biri olmuşuq.
Əsas fəaliyyətimizlə yanaşı, biz layihənin bütün hissələrini – həm memarlıq, həm də konstruktor bölmələrini – tam şəkildə icra edirik və layihəyə mühəndislik dəstəyi də veririk. Həmçinin digər şirkətlərlə birgə layihələrimiz də mövcuddur. Məsələn, hər hansı bir obyektin eskiz layihəsini hazırlayan şirkətin sifarişi ilə biz işçi layihə mərhələsini icra edirik. Bəzən isə bizə hazır memarlıq konsepti təqdim olunur və biz onun konstruktor hissəsini hazırlayırıq.
Şirkətimizin heyətində iyirmidən artıq memar və konstruktorlar çalışır. Strukturumuz kifayət qədər gəncdir. Böyük nəsil gənc və istedadlı mütəxəssisləri dəstəkləyir, onlara öz bilik və bacarıqlarını ötürür.
Bizim şüar – TƏHLÜKƏSİZLİK VƏ GÖZƏLLİK. Müəllif nəzarətini ciddi həyata keçirərək bizə həvalə olunan bütün işləri yüksək səviyyədə yerinə yetiririk və layihələrimizin keyfiyyətinə cavabdehik.